
İş haqqında
· Müştərilərin fiziki hazırlığının, hərəkət imkanlarının və məqsədlərinin qiymətləndirilməsi;
· Mat və Reformer Pilates üzrə fərdi və qrup dərslərinin hazırlanması və keçirilməsi;
· Düzgün duruş, nəfəsalma, bədən nəzarəti və stabilizasiya texnikalarının öyrədilməsi;
· Hərəkətlərin iştirakçıların hazırlıq səviyyəsinə uyğunlaşdırılması;
· Pilates avadanlığından düzgün və təhlükəsiz istifadəyə nəzarət;
· Müştərilərin inkişafının izlənilməsi və proqramların müvafiq qaydada yenilənməsi.
Namizədə tələblər· Mat və Reformer Pilates üzrə tədris təcrübəsi;
· Anatomiya, biomexanika, Pilates metodikası və əks göstərişlər üzrə biliklər;
· Mat və Reformer Pilates üzrə müvafiq sertifikatların olması üstünlükdür;
· Yüksək ünsiyyət və motivasiya bacarığı;
· Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
· Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik· Peşəkar və dinamik iş mühiti;
· Peşəkar inkişaf və təlim imkanları;
· Stabil və uzunmüddətli əməkdaşlıq;
· Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş şərtləriİş qrafiki: Həftədə 6 gün, 13:00–21:00
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

