Crystal Group

Geodeziya Mühəndisi – Ağdam Layihəsi

Crystal Group
Ə/h razılaşma ilə
4504
Tam iş günü
Ağdam, Azərbaycan
17/04/2026 - 01/05/2026

İş haqqında məlumat

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələr həyata keçiririk. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza təcrübəli və məsuliyyətli Geodeziya Mühəndisi dəvət edirik.

  • Tikinti sahəsində geodeziya və topoqrafik ölçmə işlərinin təşkili və icrası 
  • Sahədən əldə olunan ölçmə məlumatlarının analiz edilməsi 
  • Layihə üzrə plan və sxemlərin hazırlanması və tətbiqi 
  • Tikinti işlərinin layihəyə uyğunluğuna nəzarət 
  • Geodeziya hesabatlarının hazırlanması 
  • Topoqraf komandası ilə koordinasiyalı işin təşkili 

Təklif edirik:

  • Rəqabətli əmək haqqı 
  • Böyük və strateji layihədə iştirak imkanı 
  • Karyera inkişafı və stabil iş mühiti

Tələblər

  • Geodeziya sahəsi üzrə minimum 3 ildən artıq iş təcrübəsi (MÜTLƏQ) 
  • Ali təhsil (geodeziya, kartoqrafiya və ya mühəndislik sahəsi üzrə) 
  • Total Station, GPS və digər geodeziya cihazları ilə işləmə bacarığı 
  • AutoCAD, Civil 3D və ya oxşar proqramlarda işləmə bacarığı 
  • Sahə şəraitində işləmək imkanı (Ağdam layihəsi) 
  • Analitik düşünmə və məsuliyyətlilik 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar