Bakı,
Azərbaycan
06/03/2026
-
20/03/2026
İş haqqında məlumat
Şirkətimiz incoming istiqamətinin inkişafı üçün təşəbbüskar və idarəetmə bacarığı olan Incoming Manager ilə əməkdaşlıq etmək istəyir. Bu vəzifə maaşlı iş deyil, gəlir paylaşımı əsasında qurulan əməkdaşlıqdır.
Qeyd: İncoming sahəsində təcrübəsi olanların müraciət etməyi xahiş olunur.
İşin mahiyyəti:
- Incoming istiqaməti – xarici qonaqların Azərbaycana gətirilməsi, onların yerləşdirilməsi və tur paketlərinin təşkili sahəsini əhatə edir.
Əsas vəzifələr:
- Xarici qonaqların Azərbaycana turistik səfərlərinin təşkili
- Yerli otellərlə əməkdaşlıq və rezervasiyaların edilməsi
- Tur paketlərinin hazırlanması və idarə olunması
- Xarici tərəfdaşlar və agentliklərlə əlaqələrin qurulması
- Incoming fəaliyyətinin inkişaf etdirilməsi
Komanda:
- Incoming Manager iş prosesini özü qurur
- Öz komandasını sərbəst şəkildə formalaşdıra və lazım olduqda əməkdaşlar cəlb edə bilər
Şirkət tərəfindən təmin olunur:
- Tam təchiz olunmuş ofis şəraiti
- İş üçün bütün lazımi imkanlar və infrastruktur
- Biznes mühiti və təşkilati dəstək
İş formatı:
- Ofis əsaslı əməkdaşlıq.
Tələblər
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.