Maikon MMC

İnşaat mühəndisi (Civil Engineer)

Maikon MMC
4000 ₼
515
Tam iş günü
Bakı, Azərbaycan
03/03/2026 - 17/03/2026

İş haqqında məlumat

  • Tikinti və infrastruktur layihələrinin ilkin texniki-iqtisadi əsaslandırılmasında iştirak etmək
  • Layihələrin memarlıq, konstruksiya və mühəndis-texniki hissələrinin koordinasiyası
  • Konstruktiv həllərin optimallaşdırılması
  • Tikinti norma və qaydalarına (SNİP, DBN və s.) uyğunluğun təmin edilməsi
  • Tikinti sahəsində gündəlik texniki nəzarətin həyata keçirilməsi
  • Material və avadanlıqların texniki göstəricilərinin yoxlanılması və təsdiqi
  • Smeta hesablamalarının hazırlanmasında iştirak
  • Podratçı və subpodratçıların iş fəaliyyətinə nəzarət və koordinasiya
  • Layihə qrafikinin hazırlanması və icra müddətlərinə riayət olunmasına nəzarət
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiqi və uyğunsuzluqların aradan qaldırılması
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi
  • Texniki aktların, görülmüş işlərə dair hesabatların və digər rəsmi sənədlərin hazırlanması
  • Layihə dəyişikliklərinin təhlili və müvafiq texniki qərarların verilməsi
  • Müştəri və layihə iştirakçıları ilə texniki iclaslarda iştirak etmək
  • Layihələrin büdcə çərçivəsində icrasına dəstək və xərclərin optimallaşdırılması

Təminatlar:

  • Korporativ nömrə ilə təmin olunma
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 4000 AZN.

Tələblər

  • İnşaat mühəndisliyi üzrə ali təhsil
  • İnşaat sektorunda minimum 8-10 il sahə təcrübəsi
  • Elektrik, memarlıq, santexnik və digər mühəndislik istiqamətlərində praktik bilik
  • Ofis, kommersiya, retail və yaşayış binalarının daxili tamamlama işlərinin idarə olunmasında təcrübə mütləqdir
  • Texniki sənədləri, smeta və çertyojları oxuma və analiz etmə bacarığı
  • Microsoft Office, AutoCAD proqramlarında işləmə bacarığı (digər mühəndis proqramları üstünlükdür)
  • Rus və ya İngilis dili biliyi vacibdir
  • Stress altında qərarvermə və operativ problem həll etmə bacarığı
  • Yüksək məsuliyyətlilik və nəticə yönümlü yanaşma

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar