Bakı,
Azərbaycan
15.10.2025 11:17
-
15.11.2025 12:00
İş haqqında məlumat
- İşçilərin davamiyyət tabeli əsasında cəmlənmiş uçotun dəqiq və vaxtında aparılması;
- İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması, yoxlanılması və təsdiq üçün təqdim olunması;
- İşçilərlə bağlı əmrlərin, arayışların, məktubların və digər sənədlərin hazırlanması;
- İş yeri arayışlarının, əmək kitabçası və digər şəxsi sənədlərlə bağlı sorğuların cavablandırılması;
- Rəsmi qurumlara (DSMF, Məşğulluq Mərkəzi, Tibbi Sığorta və s.) məktubların hazırlanması və göndərilməsi;
- Aylıq görülən işlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Şənbə və bazar – istirahət günləri;
- Əmək haqqı: 800-1000 AZN;
- İş yeri: Bakıxanov qəs., B.Bünyadov küç. 12.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali təhsil (İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi);
- İnsan Resursları əməliyyatları sahəsində minimum 2 il iş təcrübəsi; (Retail sektorunda təcrübə üstünlükdür );
- Cəmlənmiş uçot, tabel və məzuniyyət hesabatları üzrə iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı səviyyədə bacarıq;
- 1C proqramı üzrə biliklər – üstünlükdür;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- Yüksək dəqiqlik, məsuliyyət və komanda ilə işləmək bacarığı.