SOCAR DOWNSTREAM MANAGEMENT LLC

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
739
Tam iş günü
Bakı, Azərbaycan
31.10.2025 03:07 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • OpenText platforması üzrə daxil olan insan resursları əməliyyat sorğularını cavablandırmaq və icrasını təmin etmək;
  • İş yerlərinin attestasiyasının aparılmasına dəstək göstərmək, nəticələrin rəsmiləşdirilməsini həyata keçirmək;
  • EMAL platforması vasitəsilə artıq iş saatlarını və qeyri-iş günlərində görülən işləri yoxlamaq, təsdiqləmək və hesabatlılığı təmin etmək;
  • EMAL üzrə daxil olan icra sənədlərini qəbul etmək, təhlil etmək və aidiyyəti üzrə hesabatlar hazırlamaq;
  • Müxtəlif xarakterli əmrlərin (işə qəbul, işdən azadetmə, məzuniyyət və s.) tərtibatını həyata keçirmək;
  • Nizam-intizam prosedurlarının tətbiqini təmin etmək və müvafiq sənədləşməni aparmaq;
  • Aylıq davamiyyət cədvəllərini hazırlamaq və sistemə daxil etmək;
  • Müxtəlif statistik və analitik hesabatları tərtib etmək, rəhbərliyə təqdim etmək;
  • Sosial xarakterli prosedurların icrasını təmin etmək, əməkdaşlardan daxil olan müraciətləri cavablandırmaq;
  • İşçilərin dövri tibbi müayinəyə cəlb olunmasını təşkil etmək və müvafiq nəzarəti həyata keçirmək;
  • Pensiya ilə bağlı münasibətlərin tənzimlənməsini həyata keçirmək;
  • Əməkdaşlarla bağlı miqrasiya prosedurlarının icrasını və müvafiq sənədləşməni təmin etmək.

Tələblər

  • İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Olunması, Psixologiya, Sosiologiya və ya bu istiqamətdə digər ixtisaslar üzrə bakalavr dərəcəsi;
  • İnsan resursları və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı; SAP, SAP SuccessFactors və Opentext sistemləri üzrə biliklər üstünlük hesab olunur;
  • Əmək qanunvericiliyi üzrə məlumatlılıq;
  • Güclü analitik və ünsiyyət bacarıqları, məsuliyyətli və nəticəyönümlü iş yanaşması, komanda ilə effektiv əməkdaşlıq bacarığı.


Oxşar vakansiyalar