Qala Group

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

Qala Group
Ə/h razılaşma ilə
2057
Tam iş günü
Bakı, Azərbaycan
18.07.2025 12:40 - 18.08.2025 12:00

İş haqqında məlumat

  • Azərbaycan əmək qanunvericiliyini yüksək səviyyədə bilmək və bütün HR proseslərini qanunvericiliyə uyğun icra etmək;
  • İşçi münasibətlərini peşəkar şəkildə tənzimləmək və şirkət maraqlarına uyğun qərarlar vermək;
  • İşçilərin davamiyyət prosesinə nəzarət etmək və davamiyyət uçotunu dəqiq aparmaq;
  • İşçilərin performansının qiymətləndirilməsi proseslərini təşkil etmək, nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Bütün HR proseslərini vaxtında, dəqiq və düzgün şəkildə icra etmək;
  • Aidiyyəti şöbələrə həftəlik hesabatları tam və dəqiq şəkildə təqdim etmək;
  • 600 nəfərdən ibarət işçi heyətinin HR proseslərinə nəzarət etmək;
  • Gündəlik əməliyyatlarda rəhbərlik və digər bölmələrlə sıx əməkdaşlıq etmək.

Tələblər

  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (inşaat layihələrində təcrübəsi olanlara üstünlük verilir);
  • Azərbaycan əmək qanunvericiliyini əla səviyyədə bilmək;
  • İşçi münasibətlərinin idarə edilməsində təcrübə və yüksək peşəkarlıq;
  • Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Güclü təşkilatçılıq, analitik düşünmə və vaxt idarəetməsi bacarıqları;
  • Komandada işləmək və operativ qərar vermək qabiliyyəti.


Oxşar vakansiyalar