Facility Management Group

İnsan resursları üzrə mütəxəssis

Facility Management Group
Ə/h razılaşma ilə
1459
Tam iş günü
Bakı, Azərbaycan
18.07.2025 11:54 - 18.08.2025 12:00

İş haqqında məlumat

  • Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə etmək, habelə əmək müqavilələrinin tərtib olunaraq imzalanmasını təşkil etmək;
  • İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək;
  • Heyətin sənədləşmə prosesi ilə bağlı məsələləri koordinasiya etmək;
  • İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
  • İşçinin işə götürülməsi, attestasiyadan keçirilməsi, vəzifəsinin dəyişdirilməsi və işdən çıxması ilə əlaqədar lazımi işləri həyata keçirmək və sənədləşmə işlərini görmək;
  • İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;
  • Dövlət idarəetmə orqanlarına, eyni zamanda şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
  • İR əməliyyatları ilə bağlı hesabatların hazırlanması;
  • Departamentin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı daxili siyasət və qaydaların yazılmasında iştirak etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;
  • Analitik düşüncə və problem həll etmək bacarığı;
  • Yaxşı səviyyədə EXCEL biliyi,
  • Yaxşı səviyyədə İngilis və rus dili biliyi;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.


Oxşar vakansiyalar