Sirab ASC

İnsan resursları üzrə aparıcı mütəxəssis

Sirab ASC
Ə/h razılaşma ilə
2416
Tam iş günü
Bakı, Azərbaycan
25.09.2025 12:59 - 25.10.2025 12:00

İş haqqında məlumat

  • İşə qəbul prosesinin (elanların hazırlanması, müraciətlərin araşdırılması, müsahibələrin təşkili və keçirilməsi) idarə olunması;
  • Yeni işçilərin adaptasiya prosesinin təşkili;
  • İşçilərin şəxsi məlumat bazasının və kadr sənədlərinin aparılması;
  • Əmək qanunvericiliyinə uyğun kadr əmrlərinin hazırlanması (işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və s.);
  • Motivasiya və işçi məmnuniyyəti proqramlarının hazırlanmasında iştirak;
  • Daxili qaydaların və HR siyasətinin formalaşdırılması və tətbiqində dəstək;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şosesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Təhsil : Ali təhsil;
  • Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
  • Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • İntizamlılıq;
  • Yüksək kommunikasiya;
  • Yenilikçi və proaktiv yanaşma;
  • Komanda işi;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük;
  • Nəticə yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək.


Oxşar vakansiyalar