GFC MMC

İnsan Resursları üzrə Menecer

GFC MMC
Ə/h razılaşma ilə
866
Tam iş günü
Bakı, Azərbaycan
25.08.2025 02:35 - 25.09.2025 12:00

İş haqqında məlumat

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

  • İnsan Resursları Əməliyyatları şöbəsinin fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi və müvafiq dəstəyin göstərilməsi;
  • Şirkət əməkdaşlarının davamiyyət cədvəllərinin və əməkhaqqı sənədlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Əməkdaşların məlumat bazasının 1C proqramında aparılması və məlumatların müntəzəm olaraq yenilənməsi;
  • Şöbədə bütün elektron sənəd dövriyyəsinin qüvvədə olan qanunvericiliyə və şirkətdaxili qaydalara uyğun şəkildə həyata keçirilməsinə nəzarət edilməsi;
  • Əməkdaşların şəxsi işlərinin və bütün kadr sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili qaydaların tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarət edilməsi;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və mütəmadi olaraq yenilənməsi prosesinə nəzarət edilməsi;
  • Əməkdaşların illik məzuniyyətlərinin planlaşdırılması, növbəlilik cədvəllərinin tərtib olunması və onların icrasına nəzarət edilməsi;
  • Əməkdaşlarla bağlı yaranan nizam-intizam məsələlərinin idarə olunması, müvafiq tədbirlərin görülməsi və zəruri sənədlərin hazırlanaraq təqdim edilməsi;
  • Kargüzarlıq işlərinin təhlili və effektiv idarə olunması;
  • İllik büdcə planlamasının hazırlanması və idarə olunması;
  • İnsan resurslarının idarə edilməsi ilə bağlı analitik təhlillərin aparılması və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi;
  • KPİ qiymətləndirmə sistemlərinin tətbiqi və idarə olunması;
  • Əməkdaşların fəaliyyətinə əsasən mükafatlandırma sistemlərinin formalaşdırılması və idarə edilməsi;
  • Qiymətləndirmə meyarlarına uyğun olaraq vəzifələrin dəyərləndirilməsi və dərəcələrinin müəyyən edilməsi;
  • Əməkdaşların motivasiyasını və peşəkar inkişafını dəstəkləyən layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Korporativ mədəniyyət və dəyərlərin təşviqinə yönəlik tədbirlərin planlaşdırılması və icrası;
  • İş-həyat balansını, karyera inkişafını və ümumi işçi məmnunluğunu artıracaq təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İnsan resursları fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd edərək Müraciət Et düyməsində yerləşən e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali təhsilli olması;
  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili bilikləri, ingilis dili- arzuolunandır;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə yaxşı biliklər;
  • Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • İdarəçilik və təşkilatçılıq bacarıqları;
  • Araşdırma,qərar vermə və təqdimat bacarıqları;
  • Microsoft Office və 1C proqramları üzrə yaxşı biliklər;
  • Xasiyyətnamə tələb olunur.