Amper Elektrik

İnsan Resursları üzrə Mütəxəssis (HR Specialist)

Amper Elektrik
Ə/h razılaşma ilə
1276
Tam iş günü
Bakı, Azərbaycan
24.10.2025 10:04 - 24.11.2025 12:00

İş haqqında məlumat

  • İSB, e-gov.az, e-sosial.az və məşğulluq.gov.az portallarında müvafiq əməliyyatların aparılması;
  • İşçilərin işə qəbulu, işdən azad edilməsi və əmək müqavilələrinin hazırlanması;
  • İşçi qovluqlarının tərtibi və mütəmadi yenilənməsi;
  • Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;
  • Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatı;
  • Kadrlarla bağlı məşğulluq və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi;
  • Məzuniyyət təqviminin hazırlanması və monitorinqi;
  • HR məlumat bazasının idarə edilməsi və statistik məlumatların (işçi sayı, məzuniyyət, dövriyyə və s.) analizi;
  • Yeni işçilərin adaptasiya (onboarding) prosesinin təşkili və müşayiəti;
  • Daxili qaydalar, etik kodeks və vəzifə təlimatlarının icrasına nəzarət;
  • Daxili kommunikasiya və işçi motivasiyasının artırılmasına yönəlik təşəbbüslərin dəstəklənməsi;
  • Dövlət orqanlarının yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim olunması;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Biz nə təklif edirik:

  • 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • Karyera və inkişaf imkanları;
  • Peşəkar və mehriban kollektiv;
  • Müasir ofis və rahat iş şəraiti;
  • Korporativ tədbirlər və təlim proqramları;
  • Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə.

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

Müraciət qaydası:
Namizədlər şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “HR” yazılması vacibdir.

Qeyd: Şəkilsiz CV-lərə baxılmayacaq.

Tələblər

  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları və ya menecment sahəsində olması arzuolunandır);
  • Müvafiq sahədə minimum 3 il peşəkar iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini mükəmməl bilməli;
  • Kompüter bilikləri: Word, Excel, E-poçt, HR sistemləri üzrə sərbəst istifadə bacarığı;
  • Azərbaycan dili yüksək səviyyədə, rus dili biliyi üstünlükdür;
  • Analitik düşüncə, kommunikasiya və təqdimat bacarığı;
  • Səlis nitq və orfoqrafik yazı qaydalarına diqqət.


Oxşar vakansiyalar