Bakı,
Azərbaycan
09/02/2026
-
23/02/2026
İş haqqında məlumat
- Gündəlik hesabatların hazırlanması və müvafiq tərəflərlə paylaşılması;
- Məhsul tanıtımlarının idarə olunması, qiymət və barkod dəyişikliklərinin, qiymət fərqlərinin yoxlanılması, məhsulların aktiv və passiv statusunun tənzimlənməsi;
- Kateqoriya üzrə satış göstəricilərinin mütəmadi izlənilməsi, hesabatların hazırlanaraq kateqoriya menecerlərinə təqdim edilməsi;
- Anbar qalıqlarının (stock) izlənilməsi, overstock və out-of-stock halları barədə kateqoriya menecerlərinin vaxtında məlumatlandırılması;
- Mağazalarda və ya sistemdə (müvafiq kateqoriya üzrə) yaranan problemlərin və xətaların aradan qaldırılmasına operativ dəstək göstərilməsi;
- Sistem üzərindən məhsul məlumatlarının düzgünlüyünə nəzarət edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Tələblər
- Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
- LOGO (Tiger) proqramı ilə işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- Təcrübə 1 il.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.ka