Tamstore

Kateqoriya inkişaf meneceri

Tamstore
Ə/h razılaşma ilə
1264
Tam iş günü
Bakı, Azərbaycan
13/02/2026 - 27/02/2026

İş haqqında məlumat

  • Məhsul kateqoriyaları üzrə strateji inkişaf planlarının hazırlanmasının təşkili;
  • Mövcud məhsul portfelinin zənginləşdirilməsi və rəqiblərdən fərqləndirilmənin təmin edilməsi məqsədilə yerli və xarici bazarların təhlili;
  • Bazar tələblərinə uyğun olaraq yeni məhsulların araşdırılması və mağaza rəflərində mövcudluğunun təmin edilməsi;
  • Tabeliyində olan kateqoriyalar üzrə merçendayzinq standartlarının və düzülüş qaydalarının müəyyən edilməsi;
  • Kateqoriyaların effektiv idarə olunması məqsədilə şirkətdaxili struktur bölmələrlə sıx əməkdaşlıq;
  • Kateqoriyalar üzrə makro və mikro planoqramların idarə olunması;
  • Məhsulların həyat dövrünün təhlili və məhsul portfelinin formalaşdırılması prosesinin təşkili;
  • Müəyyən dövrlərdə məhsul portfelinin optimizasiyasını təşkil etmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • MS Office bilikləri (Spaceman biliyi arzuolunandır);
  • İdarəetmə və qərarvermə qabiliyyəti;
  • Stressə davamlılıq;
  • Kollektivdə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə);
  • FMCG və ya Retail sektorunda minimum 3 il iş təcrübəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar