Azərşəkər LLC

Keyfiyyət təminatı üzrə təcrübəçi

Azərşəkər LLC
Ə/h razılaşma ilə
1785
Tam iş günü
Bakı, Azərbaycan
11.08.2025 03:45 - 11.09.2025 12:00

İş haqqında məlumat

  • Keyfiyyət təminatı ilə bağlı proseslərin analiz edilməsi və sənədləşdirilməsində iştirak etmək,
  • Keyfiyyət təminatı ilə bağlı bütün növ sənədlərin hazırlanması, yenilənməsi proseslərində dəstək olmaq,
  • Struktur üzrə digər bölmələrin işlərinin keyfiyyət təminatı ilə əlaqələndirilməsi və proseslərdə tətbiq edilməsinə dəstək göstərmək,
  • Laboratoriya xidmətləri üzrə nümunələrin qəbul edilməsi, qeydiyyatının aparılması,
  • Laboratroiya xidmətləri üzrə müqavilələrin hazırlanması və aidiyyatı şöbələrə təqdim edilməsi,
  • Daxili audit və gündəlik fəaliyyət zamanı aşkarlanmış uyğunsuzluqlarla bağlı fəaliyyətlərin həyata keçirilməsində iştirak etmək,
  • Keyfiyyətlə bağlı monitorinqlərin aparılmasında iştirak etmək.

Əlavə məlumat:

  • Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti;
  • Bilavasitə tabe olduğu şəxs: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri;
  • İş yeri: Bakı şəhəri, Füzuli Orucov küçəsi 35, Park View Biznes Mərkəzi;
  • İş qrafiki: 5 günlük iş həftəsi  (həftə içi saat 09:00-18:00).

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Keyfiyyət təminatı üzrə təcrübəçi) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Azərbaycan  dili səlis, ingilis  və rus dilləri arzu olunandır;
  • Ofis proqramları (word, excel, outlook).


Oxşar vakansiyalar