

KNM Meneceri (Keyfiyyət-Nəzarət və Məhsul İstehsalına Nəzarət Meneceri)
PJA MMC
Ə/h razılaşma ilə
1652
Tam iş günü
Bakı,
Azərbaycan
04.08.2025 11:53
-
04.09.2025 12:00
İş haqqında məlumat
- Ət məhsullarının doğranması, marinadlanması və yarımfabrikat məhsul kimi hazırlanma prosesinə nəzarət;
- İstehsalat prosesinin texnoloji normalara və sanitar qaydalara uyğun təşkil edilməsi;
- Dondurulmuş məhsulların düzgün qablaşdırılması, saxlanması və qeydiyyatının aparılması;
- İstehsal sahəsində avadanlıqların saz vəziyyətdə saxlanması və qrafik üzrə təmirinə nəzarət;
- Xammalın (hazır kəsilmiş ətin) keyfiyyətinə və istifadəsinə nəzarət;
- Məhsulun buraxılışı və keyfiyyət göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması;
- Dezinfeksiya və gigiyenik tədbirlərin təşkili və gündəlik monitorinqi;
- Donduruculu yük maşınlarının texniki vəziyyətinə, sığortasına və soyuqluq rejiminə nəzarət;
- Sənədləşmə və aidiyyəti dövlət qurumları ilə koordinasiyanın təmin olunması.
Müraciət qaydası:
Zəhmət olmasa CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "KNM Meneceri" başlığı ilə göndərin.
Tələblər
- Ət məhsullarının istehsalı və konservasiyası sahəsində bilik və təcrübə;
- Sanitar-gigiyena, texniki təhlükəsizlik və ərzaq təhlükəsizliyi normalarını dərindən bilmə;
- Minimum 3 il ərzaq istehsalı və ya ət emalı sahəsində rəhbər vəzifədə iş təcrübəsi;
- Komandada işləmək və işçi heyətini idarəetmə bacarığı;
- Dəqiqlik, məsuliyyət və operativ qərarvermə qabiliyyəti;
- Ali və ya texniki təhsil (ərzaq mühəndisliyi və ya qida texnologiyası ixtisası üstünlükdür).