AzerFloat

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

AzerFloat
Ə/h razılaşma ilə
2486
Tam iş günü
Bakı, Azərbaycan
23.10.2025 02:24 - 23.11.2025 12:00

İş haqqında məlumat

  • Xammal və şüşə şıxtasının kimyəvi və fiziki-kimyəvi analizinin aparılması;
  • Şüşə nümunəsinin kimyəvi analizinin aparılması;
  • Kəsim xəttindən çıxan şüşə lövhələr üzrə nümunələrin analizinin aparılması;
  • İşçilərə laboratoriyada aparılan analizlər haqqında təlim və istifadə olunan avadanlıqların növü, iş prinsipi və xüsusiyətləri haqqında məlumat verilməsi;
  • Etiketlərin çap edilməsi və məhsulun üzərinə yapışdırılması;
  • Gündəlik əldə edilmiş xammal, şıxta və şüşə nümunələrinin analiz nəticələrinin qeyd edilməsi, nəticələrin işlənmiş təlimata və digər texniki sənədlərə uyğun olaraq yoxlanması;
  • Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin, aktları və s. aparılması.

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı.

İş şəraiti:

  • Növbəli iş qrafiki;
  • Tibbi sığorta;
  • Nahar əvəzi kompensasiya;
  • 20 Yanvar dairəsindən servis
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis“ yazıb Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil (fizika və ya kimya üzrə); 
  • Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1-3 il iş təcrübəsi;
  • MS Office; 
  • Rus dili və ya İngilis dilini bilmək önəmlidir; 
  • Komandada işləmək və işi təşkil etmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Etibarlılıq və dürüstlük.

Bilməlidir:

  • Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini;
  • Maddələrin kimyəvi və fiziki analiz üsulları;
  • Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydaları;
  • Texniki hesablamaların, hesablama və qrafiki işlərin yerinə yetirilməsinin metod və vasitələrini, hesablama texnikasının istismarı qaydaları.