Qala Group

Quality Control Engineer (Fit-out)

Qala Group
Ə/h razılaşma ilə
1021
Tam iş günü
Bakı, Azərbaycan
14.10.2025 10:41 - 14.11.2025 12:00

İş haqqında məlumat

  • Fit-out mərhələsində (alçipan, boya, seramik, mərmər, parket, asma tavan, dekorativ işlər və s.) görülən işlərin keyfiyyətinə və texniki uyğunluğuna nəzarət etmək;
  • İşlərin layihə, çertyoj və texniki spesifikasiyalara uyğun icrasını təmin etmək;
  • Sahədə istifadə olunan materialların uyğunluğunu, sertifikat və pasportlarını yoxlamaq;
  • Tikinti proseslərində texnoloji ardıcıllığa və iş icra qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Aşkar edilən uyğunsuzluqlar barədə Non-Conformance Report (NCR) tərtib etmək və düzəlişlərin icrasını izləmək;
  • Görülən işlərin müvafiq akt və hesabatlarının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
  • Podratçılar tərəfindən görülən işlərin keyfiyyət qəbul mərhələsində iştirak etmək və nəticələri sənədləşdirmək;
  • Layihə komandası və texniki nəzarət şöbəsi ilə daxili koordinasiyanı təmin etmək;
  • İşlərin gedişi barədə gündəlik, həftəlik və aylıq keyfiyyət hesabatları hazırlamaq;
  • Tikinti sahəsində SƏTƏM (Əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik) qaydalarına əməl edilməsinə nəzarət etmək.

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya memarlıq ixtisası üzrə);
  • Fit-out işləri üzrə minimum 3 il təcrübə (yaşayış və kommersiya layihələrində);
  • İnşaat materialları və bitiş işlərinin texnoloji ardıcıllığı barədə dərin biliklər;
  • Layihə oxuma, çertyoj analiz etmə və texniki hesabat hazırlama bacarığı;
  • AutoCAD, MS Office və ya Project proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və beynəlxalq tikinti standartları (SNİP, ISO və s.) haqqında biliklər;
  • Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət və obyektivlik;
  • Komanda ilə işləmək və podratçılarla düzgün kommunikasiya qurmaq bacarığı;
  • İngilis dili biliyi üstünlükdür.


Oxşar vakansiyalar