

Kiçik həcmli texnikalar və generatorların baş mexaniki
North West Construction
Ə/h razılaşma ilə
2170
Tam iş günü
Bakı,
Azərbaycan
20.05.2025 12:58
-
20.06.2025 12:00
İş haqqında məlumat
- Generatorların texniki vəziyyətinə nəzarət etmək;
- Generatorların iş rejiminə uyğun olaraq planlı texniki xidmət göstərmək;
- Nasazlıqları vaxtında müəyyən edib aradan qaldırmaq;
- Ehtiyat hissələrinin sifarişi və dəyişdirilməsinə nəzarət etmək;
- İşçilərə texniki təhlükəsizlik qaydalarını izah etmək və onlara əməl olunmasını təmin etmək;
- Generator yağı, yanacaq və soyutma sisteminin işlək vəziyyətdə olmasını təmin etmək;
- Texniki heyətin işini təşkil etmək və nəzarət altında saxlamaq;
- Təlimlər keçərək işçilərin bilik və bacarıqlarını artırmaq;
- Alternativ enerji mənbələrinin qoşulmasına nəzarət etmək.
Tələblər
- Ali və ya orta texniki təhsil (elektroenergetika, elektrik mühəndisliyi və ya uyğun sahə üzrə);
- Generatorların texniki xidmət və təmiri sahəsində ən azı 3 il praktiki iş təcrübəsi;
- Dizel və ya benzinlə çalışan generatorların quruluşunu, iş prinsiplərini və nasazlıqlarını yaxşı tanımaq;
- Planlı texniki xidmət və nasazlıqların aradan qaldırılması proseslərini bilmək;
- Ehtiyat hissələrinin seçilməsi, sifarişi və dəyişdirilməsinə nəzarət bacarığı;
- Yanacaq, yağlama və soyutma sistemlərinin işini izləmək və düzgün işləməsini təmin etmək bacarığı;
- Texniki heyətin fəaliyyətini təşkil etmək və nəzarət altında saxlamaq təcrübəsi;
- Təhlükəsizlik qaydaları üzrə biliklər və işçilərə bu sahədə təlim keçə bilmək qabiliyyəti;
- Alternativ enerji mənbələri (günəş panelləri, UPS, inverterlər və s.) ilə işləmək və onların qoşulmasına texniki nəzarət etmək təcrübəsi üstünlük sayılır;
- Texniki sənədlərlə işləmək və hesabat vermək bacarığı;
- Operativ, məsuliyyətli və texniki yenilikləri izləyən biri olmaq.