Bakı,
Azərbaycan
20.05.2025 12:20
-
20.06.2025 12:00
İş haqqında məlumat
- Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək;
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
- Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq;
- Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq;
- İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
- Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək;
- Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq;
- İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq;
- Tabeçiliyində olan işçilərin (çilingər və mexanizatorlarin) iş müdetində faydalı iş əmsalına nəzarətə cavabdehlik;
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması;
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması;
- Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
Tələblər
- Ali və ya orta texniki təhsil (Avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya müvafiq sahə üzrə);
- Yük maşınları və ağır texnikaların təmiri sahəsində ən azı 3-5 il iş təcrübəsi;
- Mexaniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar;
- Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini bilmə;
- Texniki diaqnostika avadanlıqları ilə işləmək bacarığı;
- Texniki sənədlərlə işləmək və texniki hesabatlar hazırlamaq bacarığı;
- Komandada işləmək və tabeçiliyində olan işçilərə nəzarət etmək qabiliyyəti;
- Ezamiyyətlərə getməkdə və açıq sahədə işləməkdə problem olmamalı;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək və fərdi mühafizə vasitələrindən istifadə vərdişi;
- Məsuliyyətli, operativ və intizamlı olmaq;
- Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli münasibət.