Bakı,
Azərbaycan
21.08.2025 03:49
-
21.09.2025 12:00
İş haqqında məlumat
- Bazarın müştəriləri ilə ilk kontaktdan etibarən malın satışını, təhvilini, üzləşdirməni həyata keçirmək;
- İstehsal olunan malların stoka və ya satışa gedəcəyini dəqiqləşdirərək anbarda müəyyən edilən yerlərdə saxlanmasına nəzarət etmək;
- Təyin olunan miqdarlara əsasən stokda malların sayına nəzarət etmək, azaldıqda isə sifariş etmək;
- Satılan maların müştərilərə çatdırılmasını koordinasiya etmək;
- Təhvil verilən malların təhvil-təslim aktları ilə arxivləşdirilməsi;
- Gündəlik görülən işlərlə bağlı kompüterdə hər günü ayrı qovluq olmaqla arxivləmək;
- Anbarın səliqəsinə nəzarət etmək;
- Sayt üzərindən gələn mesajları cavablamaq;
- Info, sales e-maillərinə gələn sorğuların hazırlanmasına nəzarət və qiymət təklifi verilməsi;
- İnstagram və social şəbəkədən gələn mesajların cavablanması;
- Rəsmi sifarişlərdə sorğu təsdiqləndikdən sonra mal stokda olarsa bir başa satışa, yoxdursa İstehsal rəhbərinə sorğu keçmək;
- Satışlarda əldə olan mal yoxdursa başqa şirkətlərdən və ya digər əlaqələrdən istifadə edərək malı tapmaq və müştəriyə çatdırılmasını koordinasiya etmək;
- Müvafiq bazar müştərilərinin və B2B müştəri borclarının yığılmasına nəzarət etmək;
- Ofis daxili dəftərxana ləvazimatların bitməməsinə nəzarət etmək və azaldqıda sifaris etmək və alışını həyata keçirmək;
- Malı təhvil verməzdən əvvəl mühasibatlıqla ödənişin olunduğunu dəqiqləşdirmək;
- Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq.
İş şərtləri:
- 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər, 6-cı gün qısa iş günü;
- Əmək haqqı: fiks 650 AZN + bonus;
- İş yeri: Bakı, Nərimanov ray., Ə.Rəcəbli 156A.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Korporativ satış mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Tələblər
Təhsil tələbləri:
- Bakalavr.
Staja dair tələb:
- Ən azı 1 il (tikinti və ya energetika sahəsində çalışmaq üstünlükdür).
İxtisas səriştələri:
- Effektiv ünsiyyət;
- Satış bilikləri;
- Təqdimetmə ;
- Operativlik;
- Dəqiqlik.
Kompüter biliklərinə dair tələblər:
- MS Office;
- Outlook;
- 1 C.
Dil bilikləri:
- Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.