İş haqqında məlumat
PAY Group MMC , Fortex.az 2011-ci ildən etibarən Azərbaycanın tikinti və layihələndirmə sektorunda
fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi
bacarmışdır. Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə
keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk, bu səbəbdən müştəri məmnuniyyəti bizim üçün
mühüm əhəmiyyət daşıyan bir anlayışdır.
Şirkətimiz və insan resursları arasındakı qarşılıqlı dürüstlük bizim üçün ən əsas faktorladan biridir. Peşəkar
əməkdaşlardan ibarət komandamıza yeni istedadların qoşulması və onların daima inkişafı şirkət strategiyamızın əsasını
təşkil edir.
2011-ci ildən etibarən PAY Group MMC-nin tərkibində fəaliyyət göstərən, lüks seqmentə xitab edərək bir sıra
tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən
Fortex sərgi salonuna satış üzrə mütəxəssis axtarırıq.
- Məhsulların tanıtma işlərini təşkil etmək;
- Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi,
müştərilərin suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər
fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək; - Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək;
- Məhsulları peşəkar şəkildə müştərilərə təqdim və izah etmək;
- Peşəkar şəkildə müştərilərə xidmət göstərmək;
- Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək;
- Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq;
- Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək;
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü;
- İstirahət günü: Bazar;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı razılaşma ilə + bonus.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd
olunmayan "CV" - lərə baxılmayacaq.
Tələblər
- Ali və ya orta təhsil;
- Yaş həddi 23-40 yaş arası;
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir. Rus dilində danışıq üstünlükdür;
- Satış sahəsində 1 ilədək iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük veriləcək);
- Satış prosesini və dinamikasını başa düşmək;
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları;
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə
qurmaq bacarığı.