KAAN

Korporativ satış təmsilçisi

KAAN
Ə/h razılaşma ilə
741
Tam iş günü
Bakı, Azərbaycan
07.10.2025 11:12 - 07.11.2025 12:00

İş haqqında məlumat

  • Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqələrin qurulması;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, əlverişli münasibətlərin yaradılmasını təmin etmək;
  • Gündəlik, həftəlik, aylıq hesabatların verilməsi;
  • Təyin olunmuş satış hədəflərinin vurulması.

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 1-5 gün 09:00–17:00 (nahar vaxtı 13:00 – 14:00 və ya 14:00-15:00); Şənbə günü qısaldılmış iş günü 09:00 – 14:00;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir (satışın nəticələrinə əsasən bonuslar təyin edilir);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq limiti;
  • Avtomobil şirkət tərəfindən təqdim edilir (yanacaq və amortizasiya xərcləri qarşılanır);
  • Ünvan: Babək pr. 2222, “KAAN” şirkəti.

Uyğun namizədlərdən mövzu hissəsində “Korporativ satış təmsilçisi” qeyd edərək, [email protected] mail ünvanına müraciər etmələrini xahiş edirik.

Tələblər

  • Ali təhsil (biznes və ya marketinq sahəsində üstünlükdür);
  • Satış üzrə təcrübəxüsusilə avtomobil sahəsində (üstünlükdür);
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Analizetmə qabiliyyəti;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Hesabatlılıq;
  • Satış texnikaları üzrə biliklər;
  • MS Office: (Word, xüsusilə Excel (hesabatlılığın təmini üçün), Power Point (təqdimatların edilməsi üçün);
  • Dil bilikləri; Azərbaycan dili (əla), rus dili (üstünlükdür);
  • Sürücülük vəsiqəsi: kateqoriya B (vacibdir);
  • Yaş: 24-35;
  • Müştəri portfeli olan namizədlərə üstünlük veriləcəkdir.


Oxşar vakansiyalar