

Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
825
Tam iş günü
Bakı,
Azərbaycan
16.10.2025 04:29
-
16.11.2025 12:00
İş haqqında məlumat
- Anbara daxil olan məhsulların keyfiyyət və orqanoleptik göstəricilərini, etiket məlumatlarını və daşınma şəraitini yoxlamaq;
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq;
- Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək;
- Anbar ərazisində təsdiq olunmuş plana uyğun keyfiyyət yoxlamalarını icra etmək;
- Yoxlamaların nəticələrinə əsasən hesabatlar hazırlamaq və təqdim etmək;
- Personalın gigiyena tələblərinə əməl etməsinə nəzarət etmək;
- Standartlara uyğunluq və mövcud keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Şirkət nömrəsi ilə təmin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsil (Standartlaşdırma və Sertifikasiya, Qida mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsullarının ekspertizası, Qida təhlükəsizliyi, Qida məhsullarının texnologiyası);
- Keyfiyyətə nəzarət sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
- Microsoft Office proqramından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis və rus dilləri – arzuolunandır;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Analitik düşüncə, problem həll etmə qabiliyyəti;
- Ünsiyyət və komanda ilə işləmə bacarığı.