Bakı,
Azərbaycan
16.10.2025 03:27
-
16.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin inventarına daim nəzarət etmək və çatışmazlıqları vaxtında aradan qaldırmaq;
- Şöbələrdən daxil olan və sistemdə yaradılmış müraciətlərin araşdırılması və müvafiq işlərin aparılması;
- Yoxlama prosesinin planlaşdırılması və təşkili;
- Məhsul qalıqlarının ,keyfiyyətinin və əsas vəsaitlərin yoxlanılması;
- Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı təklifləri birbaşa rəhbərə təqdim etmək;
- Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanmasını təmin etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə-kredit, Audit və s. ilə əlaqədar istiqamət üzrə);
- Daxili Nəzarət, təftiş və ya digər əlaqəli istiqamət üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Excel bilikləri – yüksək səviyyədə;
- SAP ilə işləmək təcrübəsi arzuolunandır;
- Azərbaycan dili səlis, Rus və ya İngilis dili biliyi mütləqdir;
- Ezamiyyətlərə getməyə hazır olmalı.