Bakı,
Azərbaycan
20/02/2026
-
06/03/2026
İş haqqında məlumat
- Layihələndirilən obyektə dair texniki tələblərin və konsepsiyanın müəyyən edilməsi
- Obyektə ilkin baxışın keçirilməsi və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması
- Yaşayış və qeyri-yaşayış obyektlərinin eskiz və işçi layihələrinin hazırlanması
- Plan, kəsik, fasad və detal cizgilərinin işlənməsi
- Memarlıq və mühəndis cizgilərdən ibarət tam layihə paketinin hazırlanmasında iştirak
- Layihələrin dövlət tikinti norma və standartlarına uyğunluğunun təmin edilməsi
- Müvafiq dövlət qurumlarına təqdim ediləcək layihə sənədlərinin hazırlanması
- Smetaların və həcmlərin hesablanmasında iştirak
- Material seçimi və texniki göstəricilərin müəyyənləşdirilməsi
- Layihə üzrə dəyişikliklərin operativ şəkildə işlənməsi
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi
- Tikinti sahəsində aparılan işlərə tam və mütəmadi nəzarət
- Mühəndis, konstruktor, mexanika və elektrik mütəxəssisləri ilə koordinasiya
- Subpodratçılar və təchizatçılarla əməkdaşlıq
- Görülmüş işlər barədə rəhbərliyə hesabatın təqdim edilməsi
İş şəraiti
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər
- Müvafiq sahədə ali təhsil (Memarlıq və ya İnşaat mühəndisliyi)
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir)
- AutoCAD və digər aidiyyəti proqramlarla işləmək bacarığı
- Tikinti norma və qaydalarını bilməsi
- Layihələndirmə prosesində müxtəlif sahə mühəndisləri ilə birgə işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və işi vaxtında təhvil vermək bacarığı
- Detallara diqqət və eyni zamanda bir neçə layihəni paralel idarə etmə bacarığı
- Azərbaycan və rus dili biliyi ( ingilis arzuolunandır)
- Yaş həddi: 30+
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.