Sumqayıt,
Azərbaycan
02.10.2025 12:34
-
02.11.2025 12:00
İş haqqında məlumat
- Satınalma əməliyyatlarının uçotunu və sənədləşdirilməsini təmin edir;
- Daxil olan e-qaimələr üzrə xərcin təyinatını, miqdarını, qiymətini və məbləğini incələyir, müvafiq təstiq prosedurundan sonra ödənilməsini (o cümlədən ƏDV ödənişini) təşkil edir;
- İmzalı e-qaimələrin, invoysların, təhvil-təslim sənədlərinin, ödəniş qəbzlərinin papkalarda tikilərək saxlanmasını təmin edir;
- Xərclərin vaxtında və dəqiq uçotda əks etdirilməsini təmin edir;
- Kreditor borclarının uçotunu və sənədləşdirilməsini təmin edir və borcların icrasına nəzarət edir;
- Kreditor borclarının dövri olaraq üzləşdirilməsini həyata keçirir;
- İdxal-ixrac əməliyyatlarının uçotunu təmin edir;
- Kassa, POS, Bank və ƏDV depozit hesablarının çıxarışlarını gündəlik olaraq uçotda əks etdirir;
- Əmək haqqı hesablamasını həyata keçirir;
- Əsas vəsaitlərin uçotu və sənədləşdirilməsini təmin edir;
- Vergi və gömrük elektron sistemi ilə işləyir;
- ÖMV hesabatını hazırlayır;
- ERP-də uçot məlumatlarının düzgün əks etdirilməsini təmin edir.
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri;
- İş rejimi: 6 günlük (şənbə günü qısa iş günü);
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Mühasib" qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
- Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
- Ofis proqramlarında (Word, excel, power point və s) işləmək bacarığı və LOGO bilikləri;
- Rəhbəri tərəfindən öz sahəsinə aid verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək.