Bakı,
Azərbaycan
21.10.2025 14:30
-
21.11.2025 12:00
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Əmək haqqı hesablanması və uçotunun aparılması;
- Bütün aparılmış əməliyyatların Maliyyə / Mühasibatlıq uçot proqramında (1C) yoxlanılması və izlənilməsi;
- Debitor və kreditor hesablaşmalarına nəzarət edilməsi;
- Xidməti Müqavilə (VÖEN) ilə çalışan işçilərin sənədləşmə işinin təşkili;
- Maliyyə menecer tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şərtləri:
- Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir;
- 5 günlük iş həftəsi (saat 10:00-19:00);
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir;
- İş yeri şəhərin mərkəzində yerləşir;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Tələblər
- Qeyd edilən sahədə iş təcrübəsi minimum 2 il;
- Maliyyə, Mühasibat uçotu üzrə ali təhsil;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- E-gov.az, e-taxes.gov.az və digər aidiyyətı üzrə portallarda işləmə bacarığı;
- MS Office excel proqramında işləmə bacarığı, (məsələn: SUMIF, VLOOK, TRİM, PVOT, INDEX və sair formulalar ilə praktik tanışlıq.);
- 1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı, iikoChain satış proqramında iş təcrübəsi (arzu olunandır);
- Vergi və Əmək məcəlləsinin fundamental baza tələbləri ilə nəzəri/praktik tanışlıq;
- Maliyyə hesabatları (Mənfəət və zərər, Balans Hesabatı və sair) və ümümi mühasibat əməliyyatları (baza müxabirləşmələr) barədə nəzəri/praktik biliklər;
- Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilməsi arzuolunandır.