Bakı,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi və bazaya daxil edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Malların (işlərin və xidmətlərin) satınalınması üzrə xərclərin uçotunun aparılması;
- Kreditor borclar üzrə üzləşmələrin hazırlanması;
- Kreditor borclar haqqında statistika hesabatının hazırlanması;
- Müəssisənin istehsal fəaliyyəti, maliyyə nəticələri, əmlak və öhdəlikləri haqqında hesabatının hazırlanması;
- Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasını həyata keçirilməsi;
- İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
- Hesabat sənədlərinin qeydiyyatının aparılması;
- Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC Bakı ofisi
İş şəraiti:
- İş qrafiki: 09:00- 18:00/ 5 gün
- Tibbi sığorta
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Tələblər
- Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil;
- Tələb olunan vəzifə üzrə minimum 1-3 il iş təcrübəsi;
- F3 sertifikatı arzuolunandır;
- Xarici dillər/rus dili və ya ingilis dili orta səviyyədə;
- MS Office proqramları;
- Məsuliyyət və dəqiqlik;
- Yeni biliklərə açıq olması;
- Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.