UĞUR İNDUSTRY MMC

Mühasib köməkçisi

UĞUR İNDUSTRY MMC
600 - 800 ₼
1359
Tam iş günü
Xırdalan, Azərbaycan
08/05/2026 - 22/05/2026

İş haqqında məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
  • Məlumatların proqram bazasına daxil edilməsi;
  • Elektron qaimə-fakturaların portala daxil edilməsi;
  • Vergi və digər dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsində mühasibə köməklik edilməsi;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Xalis: 600-800 AZN

İş yeri: Xırdalan şəhəri


 

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar