
57822 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Restoran və qonaqpərvərlik sahəsinə Mühasib axtarılır!
Restoran və qonaqpərvərlik sektorunda fəaliyyət göstərən komandamıza mühasibatlıq üzrə bilik və praktiki təcrübəyə malik, məsuliyyətli və diqqətli Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının vaxtında və düzgün şəkildə icrasını təmin etmək;
- Məhsul və materialların mədaxil-məxaric əməliyyatlarının mühasibat uçotunu aparmaq;
- Anbar qalıqlarına və məhsulların hərəkətinə mütəmadi nəzarət etmək;
- İnventarizasiya (sayım) prosesində iştirak etmək, əldə olunan nəticələri müvafiq sistemə daxil etmək;
- Mühasibat sənədlərinin düzgün tərtib olunmasını, rəsmiləşdirilməsini və uçotunu təmin etmək;
- Müvafiq maliyyə və mühasibat hesabatlarını hazırlamaq.
Namizədə dair tələblər:
- Mühasibatlıq sahəsində 2-4 il iş təcrübəsi;
- iiko, Opera PMS və Elektra PMS proqramları ilə işləmək bacarığı;
- İnventarizasiya (sayım) prosesinin təşkili və aparılması üzrə nəzəri və praktiki biliklər;
- MS Excel proqramından istifadə bacarığı;
- Rəqəmlərlə işləmək, məlumatları təhlil etmək və detallara diqqət yetirmək bacarığı;
- Yüksək məsuliyyətlilik, dəqiqlik və operativlik.
İş şəraiti və əlavə məlumatlar:
- Əmək haqqı: Rəqabətədavamlı;
- Peşəkar inkişaf və biliklərin artırılması üçün əlverişli iş mühiti;
- Restoran və qonaqpərvərlik sahəsində peşəkar komandanın bir hissəsi olmaq imkanı.
Qeyd: Müraciətlərə yalnız restoran sektorunda müvafiq peşəkar iş təcrübəsinə malik namizədlər üzrə baxılacaq.
Restoran sektorunda mühasibatlıq təcrübəniz və müvafiq biliklərinizlə komandamıza töhfə vermək istəyirsinizsə, müraciətinizi gözləyirik!



