Bakı,
Azərbaycan
22.08.2025 12:21
-
22.09.2025 12:00
İş haqqında məlumat
Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakı vergi hesabatlarının hazırlanması və təqdim olunması:
- ƏDV,Mənfəət vergisi,Sadələşdirilmiş vergi,Əmlak vergisi,Torpaq vergisi,ÖMV (Ödəmə mənbəyində vergi),DSMF və Statistika hesabatları;
- Aylıq debitor və kreditor borclar üzrə hesabatların hazırlanması;
- Gəlir və xərclərin uçotuna nəzarət, daxili yoxlama tədbirlərinin həyata keçirilməsi;
- Ay sonu bağlanış prosesində vergi əməliyyatlarının düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim olunması;
- Vergi uçotunun dəqiq və sistemli təşkili;
- Vergi öhdəliklərinin yerinə yetirilməsi məqsədilə ödəniş planlamasında iştirak;
- Dövri vergi hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanaraq rəhbərliyə təqdim olunması.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş yeri: Toyota Abşeron Mərkəzi, Bakı-Sumqayıt şosesi 6 km;
- İş saatı: 09:00 – 18:00 (Həftənin 5 günü) .
Tələblərə cavab verən namizədlər CV formalarını başlıq hisəssində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Yaş: 20 – 35;
- Vergi, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi (Satış sahəsində təcrübəsi olanlara üstünlük verilir);
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə ətraflı bilik;
- 1C, BTP (vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı;
- MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik;
- Yüksək hesabatlılıq, detallara diqqət, analitik düşüncə və təşəbbüskarlıq;
- Yüksək məsuliyyət, dürüstlük və məxfi məlumatlarla işləmə mədəniyyəti.