Tamstore

Online satış mütəxəssisi

Tamstore
Ə/h razılaşma ilə
378
Tam iş günü
Bakı, Azərbaycan
16/03/2026 - 30/03/2026

İş haqqında məlumat

  • Şirkətin online satış platformalarının (web-sayt və marketplace) gündəlik fəaliyyətini idarə etmək;
  • Online sifarişlərin qəbulunu həyata keçirmək, sistemə daxil edilməsi və icrasına nəzarət etmək;
  • Məhsul kataloqunun,qiymətlərin və stok məlumatlarının platformada düzgün yerləşdirilməsini təmin etmək;
  • Online satış göstəricilərini (sifariş sayı,orta səbət,konversiya və s.) izləmək və müvafiq hesabatlar hazırlamaq;
  • Satışın artırılması məqsədilə kampaniya və promo təkliflərin hazırlanmasında iştirak etmək;
  • Müştəri sorğularının operativ şəkildə cavablandırılmasını və xidmət keyfiyyətinin təmin edilməsini təşkil etmək;
  • Reklam və marketinq komandası ilə koordinasiyalı şəkildə işləyərək online trafik və satışların artırılmasına dəstək vermək;
  • Rəqib platformaları və bazar trendlərini izləmək, müvafiq təkliflər hazırlamaq;
  • Mağaza əməkdaşları ilə mütəmadi müzakirələr aparmaq,xidmətin yaxşılaşdırılması istiqamətində addımlar atmaq;
  • Mağazada online satışa cavabdeh olan əməkdaşların motivasiya olunması və onların KPI-larına təsir edən amillərlə bağlı mütəmadi məlumatlandırma aparmaq;
  • Mağaza əməkdaşlarına mütəmadi təlimatlandırma işlərini həyata keçirmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • Satış göstəricilərinin izlənməsi və sadə analitik hesabatların hazırlanması bacarığı;
  • Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
  • Komandada işləmək və operativ qərarvermə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil;
  • Online sifarişlərin idarə edilməsi və müştəri sorğularının cavablandırılması sahəsində 1–3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar