Bakı,
Azərbaycan
12/03/2026
-
26/03/2026
İş haqqında məlumat
- Şirkətə daxil olan e-mail və müştəri müraciətlərini təhlil edib müvafiq şəkildə cavablandırmaq
- Tender sorğularında işirak etmək, tender üçün lazım olan sənədlərin toplanması prosesində iştirak etmək, tender sorğularının cavablandırılması, təkliflərin hazırlanması, Tender B2B görüşlərdə iştirak etmək.
- Vendor listdə daxil olmaq üçün lazım olan sənədlərin toplanması və online təqdim edilməsi
- Mövcud müştərilərlə düzgün işin aparılması, kommersiya təkliflərinin hazırlanması, Sifarişlərin qəbulu, izlənməsi və icrasına nəzarət
- Mövcud müştəri bazasına nəzarət və hal-hazırdakı müştərilərin davamlılığını təmin etmək
- Məhsul və xidmətlə əlaqədar sualların cavablandırılması
- Rəqiblərin fəaliyyətlərini və ümumiyyətlə bazarın vəziyyətini nizamlı şəkildə təqib etmək
- Müştərilərlə gündəlik ünsiyyət və işlərin koordinasiyası
İş şərtləri:
- İş qrafiki: Həftəiçi 5 gün, 10:00 – 19:00, Şənbə günü növbəli – 10:00 – 15:00
- Bazar qeyri-iş günü
- Əmək haqqı (Fiks+bonus) – 800 AZN + bonus (1200-2000 AZN)
- Az.Res.Ə/M-nə uyğun sənədləşmə
Tələblər
- B2B sahəsində iş təcrübəsi, Bu sahə üzrə minimum 3-5 il təcrübə
- MC Office ( Word, Excel, Power Point, Outlook), 1C, CRM proqramlarından sərbəst istifadə
- Şirkətlərlə yüksək səviyyədə yazışma qabiliyyəti
- Dil bilikləri: Azərbaycan və Rus dili – danışıq və yazışma, İngilis dili (arzulanandır)
- Yenilikçi, dinamik və daxili motivasiyası yüksək olmalı
- Ünsiyyətçil, mehriban, pozitiv olmalı , Ünsiyyət qurmaq və inandırmaq bacarıqlarına malik olmalı
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Problemləri operativ həll etmə bacarığı
- Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.