Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
Müştəri və satış fəaliyyəti
- Müştəriləri qarşılamaq, məhsul və xidmətlər barədə ətraflı məlumat təqdim etmək
- Müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsul həlləri təklif etmək
- İlkin və təkrarlanan satışları təşviq etmək və müştəri məmnuniyyətini təmin etmək
- Məhsul təqdimatı zamanı diqqəti cəlb edən üsullardan istifadə etməklə satışları artırmaq
- Müştəri şikayətlərini operativ və düzgün formada həll etmək
Satış planı və hesabatlar
- Aylıq satış planlarını və hədəflərini yerinə yetirmək üçün aktiv satış fəaliyyəti aparmaq
- Həftəlik və aylıq satış nəticələri barədə rəhbərliyə hesabat təqdim etmək
- Müşahidə edilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək
İş prosesləri və prosedurlar
- Mağazada məhsulların yerləşdirilməsi, vizual qaydalar və prosedurlara uyğunluğa riayət etmək
- Satış sonrası dəstək göstərmək (məhsul qaytarılması və ya dəyişdirilməsinin izlənməsi)
- Stokda mövcud olmayan məhsullar üzrə alternativ təkliflər hazırlamaq
- Vəzifəyə aid bilikləri artırmaq və təlimlərdə iştirak etmək
- Şirkətin dress-code və nizam-intizam qaydalarına riayət etmək
Səriştə və Bacarıqlar
- Ünsiyyət bacarığı: müştəri ilə səmərəli və aydın ünsiyyət qurmaq bacarığı
- Müştəri yönümlülük: müştəri ehtiyaclarını düzgün müəyyən edərək məmnuniyyəti təmin etmək
- Məhsul və satış bilikləri: məhsul xüsusiyyətlərini təqdim etmək və satış texnikalarından istifadə etmək
- Komanda ilə işləmək: kollektivdə əməkdaşlığı təmin etmək və ümumi hədəflərə fokuslanmaq
- Stressə davamlılıq: yüksək iş tempində və gərgin situasiyalarda çalışmaq bacarığı
Təklif:
- Ofis - Dərnəgül. Ziya Bünyadov pr 2071;
- Tələbin olduğu mağazalarımız: 13 Hüseyn Cavid Prospekti, Bakı (Elmlər Santral); Mərdəkan, 156, Bakı, Xəzər, AZ1076 (Mərdəkan Santral)
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı: 700 azn + bonus
Tələblər
- Təhsili: Orta texniki və ya ali təhsil
- İş təcrübəsi: minimum 1-2 il
- Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
- Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
- Əlavə: Satış və müştəri xidməti üzrə təlimlərdə iştirak, məhsul portfeli üzrə ilkin biliklər, təqdimat və aktiv ünsiyyət bacarığı, (elektrik məhsullarının satışı üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.