Newcond LLC

Satış Təmsilçisi

Newcond LLC
2000 - 2500 ₼
214
Tam iş günü
Bakı, Azərbaycan
09/10/2026 - 23/10/2026

İş haqqında məlumat

NewCond şirkəti  HVAC sahəsində, xüsusilə də  VRF kondisioner sistemlərinin korporativ satışını həyata keçirəcək peşəkar əməkdaş axtarır.

Vəzifə öhdəlikləri:

  • VRF və digər HVAC sistemlərinin korporativ müştərilərə təqdimatı və satışı;
  • Yeni korporativ müştərilərin və layihələrin axtarılması;
  • Tikinti şirkətləri, layihələndirmə təşkilatları, podratçılar və digər biznes müştəriləri ilə əlaqələrin qurulması;
  • Layihələr üzrə texniki və kommersiya təkliflərinin hazırlanması;
  • Müştərinin texniki tələblərinin müəyyənləşdirilməsi və uyğun HVAC həllərinin təklif olunması;
  • Görüşlərin, təqdimatların və danışıqların aparılması;
  • Mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;
  • Bazarın və rəqib şirkətlərin araşdırılması.

Tələblər

  • Yaş: 25–45
  • VRF, VRV, Multi Split və digər HVAC sistemləri üzrə 5 illik  peşəkar texniki bilik;
  • HVAC sahəsində korporativ satış üzrə praktiki iş təcrübəsi;
  • VRF sistemlərinin iş prinsipi, seçim və tətbiqi barədə yaxşı anlayış;
  • Layihə oxuma və texniki spesifikasiyaları anlama bacarığı;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq və satış bağlamaq bacarığı;
  • Aktiv müştəri bazası və HVAC sektorunda əlaqələrin olması üstünlükdür;
  • Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili bilmək üstünlükdür;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək kommunikasiya qabiliyyəti.

Şirkət tərəfindən:

  • Əməkhaqqı 2000-2500;
  • Satış nəticələrinə əsaslanan bonus sistemi;
  • Korporativ müştərilər və böyük layihələrlə işləmək imkanı;
  • Peşəkar inkişaf və karyera perspektivi;
  • Müasir və peşəkar iş mühiti.

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü


Oxşar vakansiyalar