

12123 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş20-40
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliOrta
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş20-40
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliOrta
İş haqqında
İş barədə məlumat
“DOĞTAŞ-KELEBEK” Mebel komandası satış sahəsində minimum 2-3 il təcrübəyə malik, müştərilərlə yüksək səviyyədə ünsiyyət quran, satış prosesini uğurla tamamlayan və nəticələri ilə seçilən Satış Təmsilçisi axtarır.
İş şəraiti və imkanlar:
- Sabit əmək haqqı və satış göstəricilərinə əsaslanan yüksək bonus sistemi;
- Rəsmi əmək müqaviləsi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun işə qəbul;
- İş qrafiki: Həftədə 6 gün, həftə ərzində 1 gün istirahət;
- İş saatları: Növbəli qrafik üzrə 09:00–18:00 və 11:00–20:00;
- Əmək haqqı: 800+ AZN. Namizədin bilik və peşəkar bacarıqlarına əsasən müəyyənləşdiriləcək.
Müraciət qaydası:
Fotoşəkilli CV-nizi təqdim etməyiniz xahiş olunur.
E-mail mövzusu: “Satış təmsilçisi”.
Vacib qeyd: Vakansiya satış istiqamətində minimum 2-3 il praktiki iş təcrübəsi olan namizədlər üçün nəzərdə tutulub.
Təcrübəsi olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Mebel məhsullarının müştərilərə peşəkar şəkildə təqdim olunmasını və satışını həyata keçirmək;
- Müştərilərin tələbatını müəyyənləşdirmək, ehtiyaclarına uyğun məhsullar təklif etmək və satışın uğurla tamamlanmasını təmin etmək;
- Satış mərhələlərini və sifarişləri sonadək nəzarətdə saxlamaq, müştəri məmnuniyyətini təmin etmək;
- Müəyyən edilmiş satış planlarının icrasına və ümumi satış göstəricilərinin yüksəldilməsinə töhfə vermək;
- Peşəkar bilik və təcrübəsini komanda üzvləri ilə bölüşmək, satış əməkdaşları arasında əməkdaşlığın gücləndirilməsinə dəstək olmaq;
- Mağazanın vizual tərtibat standartlarına və daxili nizam-intizam qaydalarına əməl etmək.
Namizədə dair tələblər:
- Satış sahəsində minimum 2-3 il praktiki iş təcrübəsi;
- 20-40 yaş aralığında təcrübəli xanım və bəy namizədlər;
- Ali və ya orta təhsil;
- Mebel satışı istiqamətində təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Güclü təqdimat, inandırma və satışın uğurla yekunlaşdırılması bacarığı;
- Aydın, səlis və düzgün danışıq, yüksək kommunikasiya mədəniyyəti;
- Rus dilində sərbəst danışıq xüsusi üstünlükdür. İngilis dili biliyi arzuolunandır;
- Dizayn proqramları üzrə biliklər əlavə üstünlük hesab olunur;
- Səliqəli, baxımlı və peşəkar xarici görünüş;
- Kompüterdən sərbəst istifadə etmək, Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yüksək satış potensialı, nəticəyönümlülük və qısa müddətdə uğurlu nəticələr əldə etmək qabiliyyəti;
- Məsuliyyətli, təşəbbüskar, intizamlı və karyera inkişafına həvəsli olmaq.


