Satış üzrə məsləhətçi (Fəvvarələr filialı, Hava limanı və Sumqayıt filialı )
Libraff
Ə/h razılaşma ilə
4228
Növbəli iş
Bakı,
Azərbaycan
05/02/2026
-
19/02/2026
İş haqqında məlumat
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi və müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş barədə:
- Növbəli iş qrafiki, həftəiçi 1 gün istirahət;
- Stabil əmək haqqı + satışdan faiz verilir.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi olmalı;
- Kitablar və müəlliflər barədə məlumatlı olmaq;
- Azərbaycan dilini mükəmməl bilməli, rus dilini isə yaxşı bilməli (danışıq, özünüifadə baxımından);
- Cəld, operativ, diqqətcil və işə qarşı məsuliyyətli olmalı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.