Bakı,
Azərbaycan
04/02/2026
-
18/02/2026
İş haqqında məlumat
- Satış meneceri tərəfindən təyin edilmiş qrafik əsasında klinika və obyektlərə səfərlərin aparılması.
- Gündəlik təyin olunan marşrutlar üzrə tibb müəssisələrinə və baza müştərilərinə səfər edərək şirkətin məhsulları haqda ətraflı məlumatın verilməsini təmin etmək.
- Şirkət tərəfindən təqdim edilmiş təqdimatlar əsasında məhsullar haqqında yeni həkim və mütəxəssislər, hospital, klinika, aptek və s. müəssisələrlə görüşlərin keçirilməsi.
- Satış prosesini dəstəkləmək və genişləndirmək.
- Qısa müddətdə vəzifə yüksəlişi mümkündür.
- Gündəlik və aylıq hesabatların kurasiyasında olduğu satış menecerinə təqdim olunması.
İş qrafiki:
- Həftə içi: 09:00 – 18:00
- Şənbə: 09:00 – 13:00 (Həftəlik hesabat iclası)
Əmək haqqı və üstünlüklər:
- Əmək haqqı müsahibə əsasında, əməkdaşın bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunur.
- Fiks maaş + satış və tahsilat həcmindən %-lə bonus paketləri.
- Şirkət tərəfindən nahar yeməyi, yanacaq və telefon danışıq xərcləri təmin edilir.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat, bazar ertəsi-cümə, saat 09:00–18:00. Şənbə günü qısa iş günü, 09:00–13:00
- Əmək haqqı: Minimum 600 AZN
Tələblər
- Tibbi sahədə ali, və ya tam orta təhsil (arzuolunandır) və minimum 1 il iş təcrübəsi vacibdir.
- Azərbaycan dilini mükəmməl bilmək. Digər xarici dilləri bilmək arzu olunandır.
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın və səlis izah etmə bacarığı.
- Aktiv satış bacarığı, işgüzar və nəticəyönümlü yanaşma.
- Məsuliyyətli, dürüst, ünsiyyətcil və komanda ilə işləmə bacarığı.
- Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.