F

Sənədlərə nəzarət üzrə aparıcı mütəxəssis

Foton
Ə/h razılaşma ilə
441
Tam iş günü
Bakı, Azərbaycan
23/02/2026 - 09/03/2026

İş haqqında məlumat

  • Aconex və digər sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı;
  • Layihə sənədlərinin versiya izlənməsi prosesini həyata keçirmək, sənədlərin aktual versiyalarının saxlanılmasını təmin etmək;
  • Layihə sənədlərinin (tender sənədləri, müqavilələr, dizayn və test aktları və s.) uyğunluğunu yoxlamaq və layihə standartlarına cavab verməsini təmin etmək;
  • Sənədlərin layihə prosedurları və standartlarına tam uyğunluğunu təmin etmək, zəruri hallarda düzəlişlər və yenilənmələr aparmaq;
  • Layihə ilə bağlı sənədlərin arxivə verilməsi, mühafizəsi və səmərəli istifadə olunması üçün sistem yaratmaq;
  • Layihə sənədləri ilə bağlı Excel proqramında (VBA) cədvəl və hesabatlar hazırlamaq, sənəd idarəetmə proseslərinin təhlilini və monitorinqini aparmaq;
  • Sənəd dövriyyəsi prosesini izləmək, sənədlərin vaxtında paylanmasını və icra vəziyyətini monitorinq etmək;
  • Layihənin əlaqədar şöbələri və iştirakçıları ilə sənədlərin ötürülməsi prosesini təşkil etmək və uyğunluğu təmin etmək;
  • Lazım gəldikdə Aconex və digər elektron sənəd idarəetmə sistemlərinin effektiv istifadə olunması üçün təlim və dəstək vermək;
  • Həftəlik və aylıq müvafiq hesabatlar hazırlayaraq  rəhbərliyinə təqdim etmək.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqı;
  • Könüllü tibbi siğorta (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Bakı şəhər (Ezamiyyətlərə hazır olmaq);

Tələblər

  • Təhsil tələbi: ali təhsil;
  • Müvafiq sahə üzrə təcrübə: 2 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Ingilis dili işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (əla səviyyədə);
  • Komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar