Group Motors

Servis məsləhətçisi

Group Motors
Ə/h razılaşma ilə
600
Tam iş günü
Bakı, Azərbaycan
04/06/2026 - 18/06/2026

İş haqqında məlumat

Avtomobil sahəsində fəaliyyət göstərən şirkətimizə Servis məsləhətçisi vəzifəsi üzrə namizəd axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Müştərilərin operativ, nəzakətli və peşəkar şəkildə qarşılanması;
  • Müştəri müraciətlərinin dinlənilməsi, xidmət ehtiyaclarının müəyyən edilməsi və düzgün yönləndirilməsi;
  • Servis xidmətləri, təmir işləri, ehtiyat hissələri və görüləcək işlərin müddəti barədə müştərilərə məlumat verilməsi;
  • Avtomobillərin servisə qəbulu prosesinin şirkətin daxili qaydalarına uyğun həyata keçirilməsi;
  • İş kartlarının açılması, məlumatların sistemə düzgün daxil edilməsi və sənədləşmənin aparılması;
  • Əlavə işlər və ehtiyat hissələri tələb olunduqda müştərinin məlumatlandırılması və təsdiqinin alınması;
  • Servis prosesi boyunca müştəri və servis komandası arasında koordinasiyanın təmin edilməsi;
  • Müştərilərə növbəti dövri xidmət və təyinatlarla bağlı xatırlatmaların edilməsi;
  • Xidmət satışları üzrə müəyyən edilmiş hədəflərin icrasına dəstək göstərilməsi;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3–4 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməsi;
  • Sürüçülük vəsigəsi 
  • Avtomobil sahəsi və servis prosesləri üzrə biliklər üstünlükdür;
  • Müştəri xidməti və satış bacarıqları;
  • Kompüter və daxili sistemlərlə işləmək bacarığı;
  • Ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Komanda ilə işləmək və stressli vəziyyətlərdə düzgün kommunikasiya qurmaq bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.


Oxşar vakansiyalar