Sarda Group

Satış mütəxəssisi / BYD Bakı Mərkəzi

Sarda Group
Ə/h razılaşma ilə
580
Tam iş günü
Bakı, Azərbaycan
25/05/2026 - 08/06/2026

İş haqqında məlumat

Avtomobil satış mütəxəssisi, şəxsi və kommersiya məqsədləri üçün avtomobillərin satışına cavabdehdir. Satış mütəxəssisi kimi işiniz, müştərilərin ehtiyac və istəklərini müəyyən edərək, onlara büdcə və tələblərinə uyğun ən doğru avtomobil seçimlərini təklif etməkdən, potensial alıcılarla peşəkar ünsiyyət qurmaq, onları düzgün istiqamətləndirmək və satış prosesini uğurla tamamlamaqdan ibarətdir.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi - Cümə 10:00 -18:00, Şənbə: 10:00 - 15:00
  • Əmək haqqı namizəddən asılı olaraq dəyişir.


 

Məsuliyyətlər

  • Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və cari kampaniyalar haqqında ətraflı məlumat vermək
  • Hər bir müştəriyə fərdi yanaşaraq ehtiyaclarını analiz etmək, uyğun məhsulu təqdim etmək və satış prosesini başından sonunadək peşəkarlıqla idarə etmək
  • Satış menecerinin tapşırıqlarını vaxtında icra etmək; ehtiyac yarandıqda aidiyyəti tədbir və sərgilərdə şirkəti layiqincə təmsil etmək
  • Müştəri tələbatını öyrənmək və bazar araşdırması apararaq, satış planını yerinə yetirmək, yeni müştərilər cəlb etmək və hədəflərə çatmaq üçün təkliflər irəli sürmək
  • Satış heyəti ilə birgə satış hesabatlarını (günlük - həftəlik - aylıq - illik) hazırlamaq

Tələblər

  • Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir
  • Daha öncə avtomobil sənayesində, satış mütəxəssisi kimi iş təcrübəsinin olması üstünlükdür
  • Avtomobil satışı sahəsində təcrübə və avtomobillərin texniki xüsusiyyətləri barədə təməl biliklər
  • Güclü şifahi ünsiyyət, təqdimat və inandırma bacarığı
  • Müştəri məmnuniyyətinə yönümlülük, təmkinlilik, stresə davamlılıq və komandada işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar