CP

SƏTƏM üzrə Mütəxəssis

CMS Properties
1800 ₼
531
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

  • Risklərin Qiymətləndirilməsi: Liman ərazisindəki bütün iş prosesləri (yükləmə-boşaltma, kran əməliyyatları və s.) üzrə riskləri müəyyən etmək və effektiv nəzarət tədbirləri hazırlamaq.
  • Təhlükəsizlik Təlimləri: İşçi heyəti və subpodratçılar üçün müntəzəm olaraq SƏTƏM qaydaları, ilkin yardım və fövqəladə hallar üzrə təlimlər təşkil etmək və keçirmək.
  • Sahə Monitorinqi: Liman ərazisində gündəlik təhlükəsizlik baxışları keçirmək, qayda pozuntularını aşkar etmək və onların dərhal aradan qaldırılmasını təmin etmək.
  • Ətraf Mühitin Mühafizəsi: Tullantıların idarə olunması, dəniz suyunun çirklənməsinin qarşısının alınması üzrə ekoloji standartlara nəzarət etmək.
  • Sənədləşmə və Dəstək: Müəssisə daxili SƏTƏM prosedur və təlimatlarının hazırlanmasında aktiv iştirak etmək; iş icraçılarına və rəhbər işçilərə təhlükəsizlik məsələlərində metodiki köməklik göstərmək.

İş Şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Məkan: Liman ərazisi (Şıxov)
  • İş vaxtı: 6 günlük, istirahət günü: bazar günü.
  • Əmək haqqı: 1800 AZN Net
  • Nahar şirkət tərəfindən qarşılanır

Tələblər

  • Təhsil: Ali təhsil (Texniki və ya Mühəndislik arzuolunandır).
  • Təcrübə: Gəmicilik və ya liman/terminal sahəsində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi.
  • Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq SƏTƏM qanunvericiliyi (normativ-hüquqi aktlar) üzrə biliklər.
  • Sertifikatlar: Müvafiq beynəlxalq (NEBOSH, IOSH) və yerli SƏTƏM sertifikatları. (arzuolunandır)
  • Yazılı Ünsiyyət: SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı.
  • Təşəbbüskarlıq və İnnovasiya: SƏTƏM sisteminin təkmilləşdirilməsi üçün yeni ideyalar irəli sürmək, iş proseslərini daha təhlükəsiz və səmərəli edəcək müasir həllər təklif etmək qabiliyyəti.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar