Honours Academy

Tələbələrlə İş üzrə Koordinator

Honours Academy
Ə/h razılaşma ilə
873
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 04:39 - 20.11.2025 12:00

İş haqqında məlumat

“Honours Academy” komandası tələbələrin gündəlik təlim təcrübəsini daha rahat və effektiv etmək məqsədilə “Tələbələrlə İş üzrə Koordinator” axtarır. Bu vəzifə tələbələrlə ilkin əlaqənin qurulması, onların operativ şəkildə məlumatlandırılması, təlim prosesində qarşılaşdıqları çətinliklərə həssas yanaşılması və ümumi tələbə məmnuniyyətinin təmin olunmasında mühüm rol oynayır.

  • Yeni və mövcud tələbələrlə ilkin əlaqə qurmaq, onları təlimlər, qaydalar və prosedurlar barədə məlumatlandırmaq;
  • Tələbələrin müraciətlərini cavablandırmaq və ehtiyac olduqda müvafiq komanda üzvlərinə yönləndirmək;
  • Təlim zamanı qarşılaşılan çətinlikləri izləmək və aidiyyəti komandaya və ya heyət üzvünə ötürmək;
  • Tədris cədvəlləri, təlimçi dəyişiklikləri və digər yeniliklər barədə tələbələri məlumatlandırmaq;
  • Təlimlərlə bağlı rəy və problemləri toplamaq, ümumiləşdirərək təkmilləşdirmə üçün təqdim etmək;
  • Təlim materiallarının tələbələrə vaxtında çatdırılmasını təmin etmək;
  • Texniki və təşkilati problemlərə çevik reaksiya vermək, operativ əlaqələndirmə aparmaq;
  • Təlimlər, sorğular və qiymətləndirmələrlə bağlı sadə formatlı hesabatların hazırlanmasına dəstək vermək;
  • Tələbələr üçün motivasiyaedici tədbirlər (oyunlar, sosial görüşlər və s.) planlamaq və icra etmək;
  • Tələbələrə dair məlumatların arxivləşdirilməsi və məxfiliyinin qorunması.

Təklif etdiyimiz imkanlar:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Müxtəlif və dinamik iş prosesi;
  • Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq);
  • Performansa əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və yüksəliş imkanları.

İş qrafiki:

  • Həftədə 6 gün;
  • İstirahət günü: Çərşənbə axşamı və ya Cümə axşamı;
  • Həftəiçi iş saatları: 11:00 – 20:00;
  • Həftəsonu iş saatları: 09:00 – 18:00.

Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Tələbələrlə İş üzrə Koordinator” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları;
  • Məsuliyyətli və tələbəyönümlü yanaşma;
  • Çevik düşüncə və operativ qərarvermə bacarığı;
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
  • Təlim, tədbir və sistem idarəçiliyində baza bacarıqlarına malik olmaq.


Oxşar vakansiyalar