ERTagro

Xarici Satınalma üzrə Mütəxəssis (Meyvə-Tərəvəz sektoru)

ERTagro
1500 ₼
542
Tam iş günü
Bakı, Azərbaycan
04/05/2026 - 18/05/2026

İş haqqında məlumat

  • Ertagro MMC meyvə-tərəvəz sahəsində xarici satınalma proseslərini idarə edəcək təcrübəli və təşəbbüskar namizəd axtarır. Namizəd beynəlxalq təchizatçılarla əlaqələrin qurulması, məhsul tədarükünün təşkili və logistika proseslərinin koordinasiyası ilə məşğul olacaq.

Əsas vəzifələr:  

  • Xarici meyvə-tərəvəz təchizatçıları ilə danışıqların aparılması  
  • Mövsümi məhsullar üzrə satınalma planlarının hazırlanması  
  • Sifarişlərin hazırlanması və çatdırılmanın izlənməsi  
  • Qiymət təkliflərinin toplanması və müqayisəsi  
  • Müqavilələrin hazırlanmasında iştirak  
  • Logistika və idxal proseslərinin koordinasiyası  
  • Bazar araşdırmalarının aparılması və yeni təchizatçıların cəlb edilməsi  
  • Məhsul keyfiyyətinə və standartlara nəzarət  

İş şəraiti:  

  • Əmək haqqı: 1500 AZN  
  • Korporativ nömrə ilə təmin olunma  
  • Nahar şirkət tərəfindən qarşılanır  
  • Xarici ezamiyyət imkanları  
  • İş yeri: Bakı  

Tələblər

  • Meyvə-tərəvəz sektorunda satınalma və ya satış üzrə təcrübə – mütləqdir  
  • İngilis dili – yüksək səviyyədə (mütləq)  
  • Rus dili – yüksək səviyyədə (mütləq)  
  • Danışıqlar aparma və təchizatçı idarəetmə bacarığı  
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti  
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq  

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.