FT

Xarici Turlar üzrə satış mutəxəssisi (Outgoing)

FM Tour
800 - 1500 ₼
1681
Tam iş günü
Bakı, Azərbaycan
03.11.2025 05:33 - 03.12.2025 12:00

İş haqqında məlumat

Səyahəti sevən, insanlarla ünsiyyətdə aktiv və satış bacarığına güvənən biri sənsə — komandamıza qoşul!
Biz xarici turlar sahəsində dinamik, məsuliyyətli və yaradıcı Outgoing mütəxəssisi axtarırıq.

  • Müştərilərdən gələn sorğuların vaxtında, nəzakətli və peşəkar formada cavablandırılması;
  • Müştərilərə xarici turlar, istiqamətlər, otellər və proqramlar barədə dəqiq və aktual məlumatların təqdim edilməsi;
  • Müştərinin tələbinə uyğun tur paketlərinin hazırlanması, təkliflərin hazırlanması və satışın həyata keçirilməsi;
  • Təchizatçılar, xarici tərəfdaşlar və tur operatorları ilə əlaqələrin qurulması və idarə olunması;
  • Müştərilərin səyahət öncəsi və sonrası dəstək xidmətinin təmin olunması;
  • Satış planlarının yerinə yetirilməsi və müştəri məmnuniyyətinin qorunması.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 10:00 dan – 18:00 dək;
  • Şənbə: 10:00 dan – 16:00 dək;

Səyahət sevən komandaya sən də qoşul!
CV-ni e-poçt vasitəsilə göndər və mövzu hissəsində “Outgoing mütəxəssisi” yazmağı unutma.

Tələblər

  • Turizm və outgoing satış sahəsində minimum 1 il təcrübə;
  • Müxtəlif istiqamətlər (Türkiyə, Avropa, Asiya və s.) və tur paketləri haqqında bilik;
  • Ünsiyyət, təqdimat və inandırma bacarığı yüksək səviyyədə;
  • Aktiv, məsuliyyətli, detallara diqqətli və nəticəyə yönəlmiş;
  • Səlis Azərbaycan dili, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Komandada işləməyi bacaran, müştəri yönümlü və pozitiv yanaşmaya malik.


Oxşar vakansiyalar