Radius MMC

Xəzinədar

Radius MMC
600 ₼
2589
Növbəli iş
Bakı, Azərbaycan
28.10.2025 04:03 - 28.11.2025 12:00

İş haqqında məlumat

Kassa və maliyyə əməliyyatları:

  • Nağd və qeyri-nağd ödənişlərin (POS-terminal, nağd pul, bank köçürməsi və s.) qəbulu və düzgün uçotunun aparılması;
  • Mədaxil və məxaric orderlərinin tərtibi və məlumat bazasına əlavə olunması;
  • Günlük kassa qalığının və hesabatların düzgünlüyünün yoxlanılması, nəticələrin mühasibatlığa təqdim edilməsi;
  • Kassada olan pul və qiymətli kağızların qorunması qaydalarına riayət edilməsi;

Sənədləşmə və hesabatlılıq:

  •  Qaimə, təhvil-təslim aktlarının və sığorta blanklarının arxivləşdirilməsi və uçotunun aparılması;
  • Kassa aparatının fasiləsiz fəaliyyətinə nəzarət və texniki xidmətə vaxtında məlumat verilməsi;
  • Əskinaz yoxlayan və hesablayan cihazlardan düzgün istifadə, saxta əskinazların vaxtında aşkarlanması;

Müştəri xidməti və kampaniyalar:

  • Müştəri ödənişlərinin qəbulu və təsdiq sənədlərinin təqdim olunması;
  • “Radius+” loyallıq proqramı çərçivəsində kartların verilməsi;
  • Müştəri məlumatlarının və əməliyyatlarının məxfiliyinə ciddi riayət olunması;
  • Kommersiya sirrinin qorunması.

İş şəraiti:

  • İş qrafiki: növbəli;
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi;
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;
  • Əmək haqqı: 600 AZN;
  • Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Şirkət: Radius Təkər Mərkəzi.

"Müraciət qaydası:

  • Maraqlanan namizədlər CV-ni “Xəzinədar” yazmaq tələb olunur. Yalnız seçilm” mövzusu ilə e-poçt ünvanına göndərə bilərlər."

Tələblər

  • Cinsi: Qadın;
  • Yaş həddi: 20-35;
  • Orta ixtisas və ya ali təhsil;
  • Rus dilini bilənlərə üstünlük veriləcək;
  • Kassir və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
  • 1C, POS-terminal və digər kassa proqramlarında işləmək bacarığı;
  • Dürüstlük, məsuliyyət, dəqiqlik və diqqətlilik;
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
  • Komandada işləmək bacarığı.


Oxşar vakansiyalar