Bakı,
Azərbaycan
01.10.2025 04:38
-
01.11.2025 12:00
İş haqqında məlumat
- SAP mühasibatlıq modullarının (FI,CO,TRM və s.) tətbiqi və konfiqurasiyasını həyata keçirmək;
- Maliyyə və mühasibat proseslərinin tələblərini toplayaraq, sistemin bu tələblərə uyğunlaşdırılmasını təmin etmək;
- Maliyyə hesabatları, mühasibatlıq, tədarükçü və müştəri hesablarının idarə olunmasını təşkil etmək;
- SAP FI sisteminin performansını analiz etmək və təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
- Digər SAP modulları və məhsulları ilə inteqrasiyanı təmin etmək və ya mövcud inteqrasiyanı optimallaşdırmaq;
- SAP FI modulunda istifadəçilərə texniki dəstək göstərmək, onların problemlərini həll etmək;
- İstifadəçilər üçün təlim proqramları hazırlamaq və keçirmək;
- Sistem yenilənməsi üçün test plan/test keyslərin yaradılması;
- Dokumentasiyaların yazılması və bilik paylaşımı, təqdimatların hazırlanması;
- Mövcud sistemlərin analizi və istəklər əsasında hesabatların təqdim edilməsi.
Tələblər
- Kompüter Elmləri, İnformasiya Sistemləri, Biznesin İdarə Edilməsi, Mühasibatlıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- SAP (FI,CO, TRM, RE ve s.), Oracle, Microsoft Dynamics və s. kimi ERP platformaları ilə iş təcrübəsi;
- API və veb-servis inteqrasiyası ilə sübut edilmiş təcrübə;
- Verilənlər bazası və SQL haqqında güclü anlayış;
- Bulud əsaslı ERP həlləri və inteqrasiya alətləri haqqında biliklər;
- SAP S4HANA, SAP Fiori və digər müasir SAP alətləri ilə iş təcrübəsi;
- Middleware və inteqrasiya platformaları ilə təcrübə;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Effektiv ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.Komanda mühitində birgə işləmək və bir çox prioritetləri idarə etmək bacarığı.
Arzu olunan Bacarıqlar:
- ABAP üzrə biliklər əlavə üstünlükdür;
- Agile metodologiyaları və DevOps təcrübələri ilə tanışlıq;
- API development üçün istifadə olunan proqramlaşdırma dilləri və framework (məsələn, REST, SOAP, JSON, XML) ilə tanışlıq.
Üstünlük kimi nəzərə alınacaq:
- Araşdırma və analiz etmə bacarıqları;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Komanda ilə birgə işləmə bacarığı.