Texniki dəstək üzrə kiçik mütəxəssis (Cənub bölgəsi)
AZ Smart LLC
Ə/h razılaşma ilə
3877
Tam iş günü
Bakı,
Azərbaycan
11/09/2025
-
11/10/2025
İş haqqında məlumat
- Müştəriyə texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, müştəriyə yerində yardım göstərilməsi;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması;
- Nəzarət-kassa aparatlarında proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Maraqlananlar CV-lərini “Texniki dəstək üzrə kiçik mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Microsoft Windows və Android əməliyyat sistemləri barəsində biliklər;
- Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;
- Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;
- Kompyüter texnikası haqqında ümumi anlayış;
- Şəbəkə avadanlıqları haqqında ümumi anlayış;
- Nasazlıqların axtarışı üzrə bacarıqlar;
- Xidmət masası (Service Desk) ilə iş təcrübəsi;
- Microsoft Office proqramlarından istifadə təcrübəsi.