Norm ASC

İnşaat Mühəndisi

Norm
Ə/h razılaşma ilə
396
Tam iş günü
Bakı, Azərbaycan
05/03/2026 - 19/03/2026

İş haqqında məlumat

  • Tikinti və infrastruktur obyektləri üçün layihə tələblərinin hazırlanması;
  • İşçi çizgilərin, smetaların və material siyahılarının yoxlanılması və təsdiqi;
  • Zavod ərazisində aparılan bütün tikinti və montaj işlərinə gündəlik sahə nəzarətinin təmin edilməsi;
  • Tikinti layihələrinin planlarına, habelə iş qrafiklərinə riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
  • İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
  • Müxtəlif departamentlərlə (istehsalat, mexanika, elektrik, HSE) layihə əsasında koordinasiya;
  • Öz sahəsi üzrə bütün texniki sənədlərin düzgün arxivləşdirilməsi;
  • Layihə qrafiklərinin (P6/MS Project) tərtibi və icra vəziyyətinin izlənməsi; 
  • Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar 

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.


 

Tələblər

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
  • Əla səviyyədə ingilis dili biliyi
  • AutoCAD üzrə bacarıq
  • MS Office proqramları üzrə bacarıqlar
  • SAP2000/ ETABS/ Solidworks üzrə bacarıqlar
  • Tikinti normalarına dair biliklər
  • Konstruktor və struktur mühəndisliyi bilikləri
  • İşçi layihələrin oxunması və təhlili
  • Həcmlərin (BOQ) çıxarılması və smeta hesablamaları
  • Tikinti qrafiklərinin tərtibi (MS Project / P6)
  • Tikinti üzrə keyfiyyət standartlarına dair biliklər

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar