Bakı,
Azərbaycan
14.10.2025 05:39
-
14.11.2025 12:00
İş haqqında məlumat
- İşə qəbul prosesinin təşkili (elanların verilməsi, CV-lərin seçilməsi, müsahibələrin keçirilməsi);
- İşçilərin şəxsi işlərinin və sənədlərinin formalaşdırılması və idarə olunması;
- Əmək müqavilələrinin hazırlanması, dəyişdirilməsi və xitam verilməsi;
- İşçilərin davamiyyətinə nəzarət və məzuniyyət cədvəllərinin aparılması;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə işlərinin təşkili;
- İllik hesabatların, əmrlərin və digər daxili sənədlərin hazırlanması;
- Təlim və inkişaf proqramlarının təşkili və izlənməsi;
- Rəhbərliyin tapşırıqlarına əsasən digər İR proseslərində iştirak.
ƏMAS Sistemi ilə iş:
- İşçilərin əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, dəyişikliklərin və xitamların vaxtında və düzgün formada sistemə daxil edilməsi;
- ƏMAS üzərindən hesabatların və bildirişlərin hazırlanması və təqdim olunması;
- ƏMAS sistemində yaranan texniki və ya məlumat uyğunsuzluqlarının operativ həlli.
İş şəraiti:
- İş günü/saatı – həftədə 6 gün;
- İstirahət – həftədə 1 gün;
- Kafe Ağ şəhərdə yerləşir;
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərməlidir. Mövzu hissəsində “İnsna resursları üzrə mütəxəssis" qeyd olunmalıdır.
Tələblər
- Müvafiq sahədə 1 il təcrübə;
- Təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı.